Bakı. Trend:
Avropa İstehlakçıları və Futbol Tərəfdarları (Euroconsumers vəFootball Supporters Europe) təşkilatı bilet qiymətləri ilə əlaqədarAvropa Komissiyasına şikayət edib.
Trend xarici KİV-əistinadən xəbər verir ki, iddiaçı tərəf ali futbol qurumu olanFIFA-nı futbol üzrə dünya çempionatına biletlərin satışında inhisarmövqeyindən sui-istifadə etməkdə ittiham edir.
Şikayətin mətninə əsasən, biletlərin satışına eksklüziv nəzarətedən FIFA alıcılar üçün şişirdilmiş qiymətlər və qeyri-şəffafşərtlər müəyyən edir ki, bu da bazarda dominant mövqedənsui-istifadəni qadağan edən Aİ-nin fəaliyyətinə dair müqavilənin102-ci maddəsinin pozulması hesab oluna bilər.
Təşkilatlar ehtimal edilən bir sıra pozuntulara diqqət çəkir;bunlara yerlərin bölüşdürülməsində yetərli şəffaflığın olmaması,dinamik qiymətqoyma tətbiqi və ucuz biletlərin süni defisitiniyaratmaq kimi hallar daxildir. Onların məlumatına görə, final oyunuüçün biletlərin qiyməti 4 min ABŞ dollarını ötür ki, bu da turnirinəksər azarkeşlər üçün əlçatmaz olmasına gətirib çıxarır.