AZ

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var VİDEO

Ağstafa, 24 mart, AZƏRTAC

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes Vita" markalı mikroavtobusla "VAZ-2106" markalı minik maşını toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Müxbir-Ruslan Novruzoğlu

Seçilən
12
10
azertag.az

10Mənbələr