Martın 23-ü Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı vəfat edən şəxs İkinci Qarabağ müharibəsinin qazisi olub.
Publika.az oxu.az-a istinadən xəbər verir ki, 19.02.1987-ci il təvəllüdlü Şaiq Firdosi oğlu Ələsgərov Vətən müharibəsi baş verən ərəfədə könüllü olaraq ordu sıralarına qatılıb.
Müharibədə ölümdən xilas olan Şaiq Ələsgərov baş verən qəzada həyatını itirib.