AZ

Maduronu mühakimə edəcək hakim 100 yaşını haqlayır

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro martin 26-da həbsdə olduğu Nyu-Yorkda ikinci dəfə hakim qarşısına çıxarılacaq. 

“Cebheinfo.az” xəbər verir ki, Maduronu mühakimə edən hakimin yaşı müzakirələrə səbəb olub. Qeyd edək ki, yanvar ayında ABŞ xüsusi təyinatlı qüvvələrinin hücumu ilə Karakasdan qaçırılaraq Nyu-Yorka aparılan Maduronun müdafiəsinin əsasını onun prezident kimi diplomatik toxunulmazlığa malik olduması və məhkəməyə verilə bilməyəcəyi barədə arqumentlər təşkil edir. 

Maduronun məhkəmə prosesinə sədrlik edən hakim Alvin Hellerşteyn ölkənin ən təcrübəli federal hakimlərindən biri sayılır. Lakin Maduro işinin illərlə davam edə biləcəyi nəzərə alınarsa, Hellerşteynin yaşı müzakirə mövzusuna çevrilib. 1933-cü ildə anadan olan Hellerşteyn 92 yaşı var. O, ölkənin ən yaşlı hakimlərindən biridir. 

ABŞ-də federal hakimlər üçün məcburi təqaüd yaşı yoxdur. Onlar təqaüdə çıxmaq istəmədikləri və ya vəzifələrini yerinə yetirə bildikləri qədər işləməyə davam edə bilərlər. Hellerşteyn Maduro işinə yad deyil. O, on ildən çoxdur ki, Maduro ilə əlaqəli geniş narkotik qaçaqmalçılığı işinə rəhbərlik edir. Bu proses zamanı o, Venesuelanın keçmiş kəşfiyyat rəisi Huqo Armando Karvacalı məhkum edib. 

Hellerşteynin hüquqi təcrübəyə və yüksək vəzifəli federal hakim statusuna malik olmasına baxmayaraq, yaşına görə Maduro işinə yararlılığına şübhələr var. Keçmiş federal hakim Şira Şeyndlin bildirib ki, Hellerşteyn çox ağıllı və bacarıqlı hakimdir. Lakin yaş məsələsi nəzərdən qaçırıla bilməz: 

“Bu iş ən azı bir il, bəlkə də iki il məhkəməyə verilməyə bilər. O vaxta qədər Hellerşteynin 93 və ya 94 yaşı olacaq. Şübhəsiz ki, o, sabah işə rəhbərlik etmək üçün kifayət qədər enerjili olacaq. Amma işə sabah baxılmayacaq”. 

Riçmond Universitetinin hüquq professoru Karl Tobias da qeyd edib ki, Hellerşteyn hər bir işdə ədalətin təmin edilməsinə yönəlmiş müstəqil və ədalətli hakim kimi layiqli nüfuza malikdir. 

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
cebheinfo.az

1Mənbələr