Olaylar.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 27,7 milyon dollar və ya 11,6 dəfə çoxdur.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Finlandiyadan reallaşan investisiyaların payı 0,5% təşkil edib.
Azərbaycan isə öz növbəsində 2025-ci il ərzində Finlandiya iqtisadiyyatına 11,482 milyon dollar sərmayə qoyub ki, bu, əvvəlki ildəki göstərici ilə müqayisədə 7,6 milyon dollar və ya 3 dəfə çoxdur.
Birbaşa xarici investisiyaların ümumi həcmində Azərbaycandan Finlandiyaya yatırılan investisiyaların xüsusi çəkisi 0,5% təşkil edib.
2024-cü il ərzində Finlandiyadan Azərbaycana birbaşa investisiyaların ümumi həcmi 2,620 milyon dollar, əks istiqamətdə isə 3,860 milyon dollara bərabər olmuşdu.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ildəki göstəriciyə nisbətən 450,9 milyon ABŞ dolları və ya 6,4% azalma deməkdir.
Eyni zamanda hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 2,528 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ildəki göstərici ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4% çoxdur.