TOVUZ, 24 mart. TELEQRAF
Tovuzda ölümlə nəticələnəm yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Röyal Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobilini aşırıb.
Zərbənin təsirindən sürücü qəza yerindən bir neçə metr kənara düşüb. O, hadisə yerində vəfat edib.