AZ

Tovuzda sürücü avtomobilini aşırdı, özü öldü

TOVUZ, 24 mart. TELEQRAF

Tovuzda ölümlə nəticələnəm yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, qəza rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

1990-cı il təvəllüdlü Röyal Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobilini aşırıb.

Zərbənin təsirindən sürücü qəza yerindən bir neçə metr kənara düşüb. O, hadisə yerində vəfat edib.

Seçilən
59
teleqraf.com

1Mənbələr