İsrail və ABŞ-ın bu ayın əvvəlində Tehranda neft anbarlarına endirdiyi zərbələr beynəlxalq hüquqa əsasən ekosid kimi müəyyən ediləcək bütün meyarlara cavab verir və müharibə cinayətləri hesab olunur.
Redaktor.az xəbər verir ki, bu barədə İranın Cenevrədəki BMT yanında daimi nümayəndəliyinin dərc etdiyi hesabatda bildirilib.
Məlumata görə, 7 mart gecəsi qırıcı təyyarələr Tehranda neft saxlama çənlərinin olduğu üç obyektə zərbə endirib. Bildirilib ki, bu obyektlərin "ümumi tutumu təxminən 215 milyon litr yanacaq" təşkil edir. Qeyd olunub ki, hadisə təxminən 13 milyon insanın yaşadığı İran paytaxtından mülki şəxslərin kütləvi şəkildə təxliyəsinə səbəb olub və normal şəraitdə yalnız "neftayırma zavodunun tam partlayışı kimi son dərəcə ağır sənaye qəzasından" sonra müşahidə edilən yüksək səviyyəli hava çirkliliyinə səbəb olub.
Sənəddə qeyd olunur ki, "ilkin qiymətləndirməyə əsasən, müəyyən dərəcədə əminliklə demək olar ki, bu cür hərəkətlər mülki şəxslərin və mülki əmlakın fundamental hüquqlarını pozur və Cenevrə Konvensiyalarına və beynəlxalq adət hüququna əsasən, insanlığa qarşı cinayətlər və müharibə cinayətləri təşkil edir".
“Bundan əlavə, Tehranın yanacaq anbarlarına edilən cinayətkar hücum beynəlxalq hüququn bütün meyarlarına görə "ekosid" və ya ətraf mühit cinayəti tərifinə cavab verir. Bu baxımdan, İran beynəlxalq ictimaiyyəti İsraili və onun müttəfiqlərini, yəni ABŞ-ni "beynəlxalq təşkilatlarda və forumlarda məsuliyyətə cəlb etməyə" çağırır”.
Aminə ŞAHSUVARQIZI