Ümumdünya İqtisadi Forumu (WEF) aprel ayınında Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan qlobal əməkdaşlıq, inkişaf və enerji mövzusundakı görüşü təxirə salıb.
Aznews.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.
Qeyd olunub ki, bu qərar Yaxın Şərqdəki gərginliyin artması, o cümlədən İranın Səudiyyə Ərəbistanına endirdiyi zərbələr səbəbindən qəbul edilib.
Görüş aprelin 22-23-də Ciddədə keçirilməli idi.
KİV-lərin məlumatına görə, görüşün təxirə salınması barədə qərar krallığın İqtisadiyyat və Planlaşdırma Nazirliyi ilə məsləhətləşmələrdən sonra qəbul edilib.
Tədbirin keçiriləcəyi yeni tarix daha sonra elan olunacaq.