Tovuz, 24 mart, AZƏRTAC
Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, qəza rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.
Qovlar şəhər sakini Röyal Həsənovun idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Müxbir-Ruslan Novruzoğlu