AZ

ABŞ və İran arasında birbaşa vasitəçilik yoxdur Qətər

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ və İran arasında birbaşa Qətər vasitəçiliyi yoxdur, lakin Doha müharibəni sona çatdırmaq üçün bütün rəsmi və qeyri-rəsmi diplomatik kanalları dəstəkləyir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Qətərin xarici işlər nazirliyinin sözçüsü Məcədd əl-Ənsəri Dohada keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Qətər Vaşinqtonla sıx əlaqədə olaraq böhranın diplomatik yolla həllinə çalışır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bazar ertəsi jurnalistlərə bildirib ki, ABŞ İranla danışıqlar aparıb və tərəflər arasında “əsas razılaşma məqamları” var. Tehran isə danışıqların baş tutmadığını bəyan edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
3
globalinfo.az

5Mənbələr