AZ

 Təhsilin missiyası öyrənməyi öyrətməkdir, yaddaşı yükləmək deyil AÇIQLAMA

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ev tapşırığının mütləq bir öhdəlik kimi qəbul edilməsi uşağı təhsildən soyudan ən əsas faktordur.

Sherg.az xəbər verir ki, bu barədə Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq deyib.

O qeyd edib ki, bir çox valideyn və pedaqoqlar ev tapşırığını mövzunu mənimsəməyin yeganə yolu hesab edir:

"Təhsilin məqsədi uşağı "məşğul etmək" deyil, ona fərdi işləmək və araşdırma vərdişləri aşılamaqdır. Əgər uşaq məktəbdə keçirdiyi saatlardan sonra evdə də vaxtını yalnız müəllimin verdiyi tapşırıqlara sərf edirsə, onun yaradıcılığına və maraq dünyasına yer qalmır. Uşaqlar müəllimin izahından əlavə olaraq da nələrisə araşdıra, oxuya bilər. Valideynlər uşaqların evdə telefonla oynamasının, televizora baxmasının qarşısını almaq üçün müəllimlərdən evə çoxlu tapşırıq vermələrini tələb edirlər. Uşaqları mavi ekrandan uzaq tutmaq üçün başqa yollar tapılmalıdır. Uşağı ekrandan uzaq tutmağın yolu onun asudə vaxtını əlindən almaq olmamalıdır. Günün bir hissəsini məktəbdə keçirən uşaqlar evə gələndən sonra da saatlarla ev tapşırığı yazır. ​Bu yanaşma məktəbi uşaq üçün "zövq alınan məkan"dan "bezdirici bir iş yeri"nə çevirir. Heç kim məcburiyyət qarşısında qaldığı işdən zövq almır. Əgər biz təhsili sevdirə bilmiriksə, deməli, metodikamızda problem var. Uşaq müəllimin diktəsi ilə deyil, öz marağı ilə araşdırmağa, oxumağa və kəşf etməyə təşviq edilməlidir. Təhsilin missiyası öyrənməyi öyrətməkdir, yaddaşı yükləmək deyil".

Ş.Sadiq hesab edir ki, uşaqların uşaqlığını əllərindən almadan, onları sərbəst düşünməyə və fərdi inkişafa yönəltmək lazımdır:

"Ev tapşırığı uşaqların istirahət, əyləncə vaxtını əlindən alır. Biz təhsili öyrənmək üçün öyrətməyi bacarmalıyıq. Məcburiyyətlə yox.  Ev tapşırığı bir "mütləqiyyət" deyil, sadəcə köməkçi vasitə ola bilər. Əsl təhsil uşağın məktəbdən çıxandan sonra maraqla başladığı o fərdi araşdırmada gizlidir".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
sherg.az

1Mənbələr