AZ

İş üçün Ukraynaya gedən azərbaycanlıların sayı...

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

2025-ci ildə Ukraynada ən çox əmək müqaviləsi Türkiyə (1404), Hindistan (946), Özbəkistan (936), Azərbaycan (605), Banqladeş (599) və Çindən (518) olan əcnəbilərlə bağlanıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın "Teleqraf" portalı məlumat yayıb.

Məlumata görə, Pakistandan 375, Kolumbiyadan 335, Böyük Britaniyadan 310, ABŞ və Moldovadan 247, Ermənistandan 232, Nepaldan 219, Almaniyadan 175, Fransadan 164 şəxs gəlib.

Qeyd olunub ki, Ukraynada işçi qüvvəsi yoxdur. Ekspertlər vurğulayırlar ki, demoqrafik problemlərin həlli üçün hər il xaricdən yüz minlərlə işçi cəlb edilməlidir. Amma hələlik əcnəbilər Ukraynaya gəlməyə tələsmirlər.

İqtisadi Diskussiya Klubunun üzvü Oleq Pendzin vurğulayıb ki, Ukraynanın 5 milyon işçiyə ehtiyacı var:

"Bu, ildə 450-500 min əmək miqrantı deməkdir. Miqrantlar Yaxın Şərq, Cənub-Şərqi Asiya və Banqladeş ölkələrindən gələ bilər. Hər il bu qədər sayda miqrant müharibədən sonrakı yenilənmə zamanı reallığa çevrilə bilər".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
axar.az

1Mənbələr