AZ

Netanyahu güc strukturlarını topladı: Trampın İran planı İsraili hərəkətə keçirdi

ABŞ Prezidenti Donald Trampın İranla mümkün danışıqlara dair bəyanatı İsrail rəhbərliyində ciddi müzakirələrə səbəb olub. “The Times of Israel” nəşrinin məlumatına görə, Baş nazir Benyamin Netanyahu bu xəbərlər fonunda koalisiya liderləri və güc strukturlarının rəhbərləri ilə silsilə məsləhətləşmələr keçirib.

KONKRET.az xəbər verir ki, hökumət başçısı partiya liderləri ilə görüşərək ABŞ və İran arasındakı təmasların münaqişənin gedişatına göstərə biləcəyi təsirləri müzakirə edib. Məsləhətləşmələr səhər saatlarında güc strukturlarının rəhbərləri ilə davam etdirilib. Görüşlərdə əsas diqqət “Şirin nərəsi” (Lion’s Roar) əməliyyatı çərçivəsində atılacaq növbəti addımlara yönəlib.

İsrail rəhbərliyi müharibənin danışıqlar yolu ilə başa çatması ssenarisinə şübhə ilə yanaşır. Rəsmi Tel-Əviv hesab edir ki, Tehran hələ ABŞ-ın irəli sürdüyü şərtləri qəbul etməyə hazır deyil. Vaşinqtonun diplomatik fəallığı fonunda İsrail rəhbərliyi hadisələrin bütün mümkün inkişaf ssenarilərini diqqətlə hesablayır.

Natiq Səlim,
KONKRET.az

Seçilən
33
1
konkret.az

2Mənbələr