AZ

Minkovka kəndi Rusiya ordusundan təmizləndi

Yazını böyüt
Yazını kiçilt

Ukrayna hərbçiləri Donetsk bölgəsindəki Minkovka kəndini Rusiya ordusundan təmizləməyi bacarıblar. Bu, Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsidir.

Hafta.az xəbər verir ki, bu barədə “Skelya” alayı “Teleqram” səhifəsində məlumat yayıb. Məlumata görə, “Skelya” alayının hücum bölmələri sürətli və əlaqələndirilmiş əməliyyat keçirib və nəticədə Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsi olan Minkovka təmizlənib.

Hərbçilər Rusiya qoşununun irəliləməsinin artıq dayandırıldığını və magistral yol boyunca vəziyyətin sabitləşdiyini bildiriblər.

Seçilən
4
5
hafta.az

10Mənbələr