AZ

Trampa pakistanlı vasitəçi ilə “qətiyyətli vabab” göndərilib

ABŞ Prezidenti Donald Tramp Pakistan vasitəsilə İranın müharibəni dayandırmağa hazır olub-olmadığını qiymətləndirməyə çalışıb, lakin "əlaqələndirilmiş və qətiyyətli" cavab alıb.

Publika.az xəbər verir ki, bu barədə "Tehran Times" qəzeti mənbəyə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, İran daha əvvəl atəşkəslə bağlı danışıqlar aparan Amerika liderinin xüsusi elçisi Stiv Uitkoffu və Trampın kürəkəni, sahibkar Cared Kuşneri ABŞ ilə mesaj mübadiləsi aparmaq üçün layiqli namizəd hesab etmir.

Martın 23-də britaniyalı siyasətçi Corc Qallovey Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Trampın əsəb böhranı keçirdiyini bildirib. Onun sözlərinə görə, Ağ Ev rəhbərinin səhhətinin pisləşməsindən guya bütün ətrafı xəbərdardır.

Seçilən
19
publika.az

1Mənbələr