AZ

Macarıstanla bu əməkdaşlıq imkanları araşdırılır

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Budapeştə işgüzar səfəri çərçivəsində Xarici Ədəbiyyat Milli Kitabxanasını və Macarıstan Parlament Kitabxanasını ziyarət edib.

Hafta.az xəbər verir ki, Xarici Ədəbiyyat Milli Kitabxanasının direktoru İstvan Horvath müəssisənin fəaliyyəti, strukturu və zəngin kitab fondları haqqında ətraflı məlumat verib.

Bildirilib ki, kitabxananın fondunda müxtəlif dünya xalqlarının dillərində 400 mindən çox ədəbiyyat saxlanılır.

Kitabxananın musiqi bölməsində Azərbaycan musiqisinə dair not materialları və səsyazıları ilə tanışlıq olub. Direktor Kərim Tahirov tez bir zamanda yeni musiqi və not materiallarının kitabxanaya göndəriləcəyini bildirib.

Daha sonra Macarıstan Parlament Kitabxanası ilə tanışlıq olub. Kitabxananın rəhbəri Szollas Peter bildirib ki, kitabxana Macarıstan Parlamenti binasının tərkibində fəaliyyət göstərir və ölkənin ən mühüm elmi-informasiya mərkəzlərindən biridir. Kitabxananın fondlarında hüquq, siyasət, tarix və ictimai elmlər üzrə zəngin ədəbiyyat toplanıb və tədqiqatçılar üçün geniş imkanlar yaradılıb.

Səfər çərçivəsində kitabxana işi sahəsində əməkdaşlıq imkanları da müzakirə olunub. Xüsusilə kitab mübadiləsi, rəqəmsallaşdırma, elmi resursların paylaşılması və birgə layihələrin həyata keçirilməsi kimi məsələlərə toxunulub. Parlament Kitabxanasında Azərbaycana aid materialların olmadığını diqqətə çatdıran professor Kərim Tahirov, kitab mübadiləsinin tez bir zamanda həyata keçirilməsinin vacib olduğunu bildirib.

Seçilən
1
1
hafta.az

2Mənbələr