"BMW" avtomobil idmanı bölməsinin icraçı direktoru Frank van Meel alman komandasının "Formula 1"ə geri dönmək niyyətində olmamasının səbəbini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "SoyMotor" icraçı direktorun dediklərini belə çatdırıb.
"Formula 1 marketinq baxımından çox cəlbedicidir, çünki onun nəticələri böyükdür və qlobal səviyyədə təsirə malikdir. Lakin texnoloji baxımdan, indiki hibrid sistem bizim seriya avtomobillərimizdə istifadə olunan texnologiyadan xeyli uzaqdır. Biz əsas diqqətimizi seriya avtomobillərimizə ən yaxın olan yarış disiplinlərinə yönəltməyə üstünlük veririk"
2006-cı ildən 2009-cu ilə qədər "BMW"nin zavod komandası "Formula 1"də yarışaraq bir qələbə qazanıb və 17 dəfə podiuma yüksəlib.