AZ

Məşhur italyan müğənnisi vəfat etdi

İtalyan müğənnisi Cino Paoli 91 yaşında vəfat edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.

1934-cü il sentyabrın 23-də Monfalkonedə doğulan Cini Paoli müğənni, mahnı müəllifi və bəstəkar kimi İtaliya estradasının ən mühüm simalarından biri olub. 

O, xüsusilə “Il cielo in una stanza”, “Sapore di sale”, “Senza fine” kimi mahnıları ilə yadda qalıb və İtaliya estrada musiqisində yeni, daha poetik üslubun formalaşmasına böyük təsir göstərib. C.Paolinin 1959-cu ildə müğənni Mina üçün yazdığı "Il cielo in una stanza" mahnısı İtaliyanın illik mahnı reytinqində birinci yeri tutub. 

Bizim.Media

Seçilən
23
bizim.media

1Mənbələr