AZ

Zelenskidən Ali Radaya tapşırıq - "Rusiya ilə müharibə daha üç il davam edə bilər"

Ukrayna prezdidenti Vladimir Zelenski Ali Radaya Rusiya ilə müharibənin daha üç il davam edəcəyi təqdirdə plan hazırlamağı tapşırıb.

Musavat.com xəbər verir ki, “Ukrainska Pravda” qəzetinin Radadakı mənbələrə və Rusiya-Ukrayna danışıqları ilə tanış olan həmsöhbətlərə istinadla verdiyi məlumata görə, ABŞ-nin vasitəçiliyi ilə mümkün sülh razılaşması ilə bağlı müzakirələr əsasən bir əsas məqamda dayanıb.

Mənbələrə görə, əsas mövzu Kremlin Ukrayna qoşunlarının Donbasdan çıxarılması tələbi olub və Moskva buna tam şəkildə nail olmaq istəyir.

“Amerikalılar bu əsas məsələdə razılığa yer görmürlər. Bu, onları prosesdən tamamilə çəkilməyə məcbur edə bilər, diqqəti İrana, öz seçkilərinə və s. yönəldə bilər. Hətta Donbasdan çəkilsək, bizim üçün real təhlükəsizlik zəmanətləri təklif etməyə hazırdırlar. Amma bunun Ukraynada necə tətbiq olunacağını təsəvvür edə bilmirəm”, - qəzetin mənbələrindən biri bildirib.

Başqa bir mənbə nəşrə deyib ki, ABŞ belə bir addımı atacağı təqdirdə Ukraynaya böyük dəstək vəd edir.

“Xalqımız amerikalıları geri çəkilmə ideyasından çəkindirmək və hansısa iqtisadi zonalar və ya başqa bir şey yaratmaq üçün çox vaxt sərf edir. Lakin bir məqamda hər şey tərk edilir və biz yenidən eşidirik ki, geri çəkilməliyik. Beləcə, proses davam edir”, - “Ukrainska Pravda”nın mənbə bildirib.

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr