AZ

İran Hayfadakı silah şirkətinə zərbə endirdi

Sia Az saytına istinadən ain.az xəbər verir.

İran qüvvələri Hayfadakı "Rafael Advanced Defence Systems" silah şirkətinə və İsrailin Ben Qurion hava limanı yaxınlığındakı "İsrail Aerospace Industries" texnologiya şirkətinin sənaye obyektlərinə zərbələr endirib. SİA xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

"Martın 24-də sübh çağı İran ordusu Hayfadakı "Rafael" silah şirkətinə və Ben Qurion hava limanı yaxınlığında "İsrail Aerospace Industries" obyektlərinə, eləcə də hava limanındakı tanker təyyarələrinə zərbələr endirib", - məlumatda deyilib.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
1
sia.az

3Mənbələr