Avropa İttifaqı Hörmüz boğazının bağlanması və qiymətlərin artması fonunda Rusiya neftinə tam qadağanın müzakirəsini təxirə salıb.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, Macarıstan və Slovakiya layihənin davam edəcəyi təqdirdə məhkəmə tədbirləri ilə hədələyiblər.
Avropa Komissiyasının enerji üzrə sözçüsü Anna-Kaysa İtkonen bildirib ki, 15 apreldə gözlənilən REPowerEU planının bir hissəsi kimi qanun layihəsinin təqdimatı baş tutmayacaq.
“Yeni bir tarix vermək istəmirəm. Sizi əmin edə bilərəm ki, bu təklifi hazırlamağa sadiqik. Təklif təqdim olunacaq", - deyə İtkonen bildirib.
"Euronews"un məlumatına görə, təxirə salınma ABŞ və İsrailin İrana hücumlarından, eləcə də Hörmüz boğazının bağlanmasından sonra enerji bazarında baş verən kəskin dəyişikliklərlə əlaqədardır.
Nəşr həmçinin qeyd edir ki, Macarıstan və Slovakiya əvvəllər Rusiyanın qaz qadağasına qarşı məhkəmə iddiaları qaldırıb və neft qadağası davam edərsə, onlar da eyni addımı ata biləcəkləri barədə xəbərdarlıq ediblər. Bundan əlavə, Budapeşt və Bratislava Ukraynadan Rusiya neftinin "Drujba" boru kəməri ilə tranzitini bərpa etməsini tələb edirlər.
Musavat.com