İngiltərə çempionu "Liverpul"un misirli hücumçusu Məhəmməd Salah mövsümün sonunda klubdan ayrılacaq.
Publika.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə sosial mediada paylaşdığı videoda məlumat verib.
Salah 2017-ci ildən bəri "Liverpul"da oynayır, 435 oyunda 255 qol vurub və iki Premyer Liqa və bir Çempionlar Liqası kuboku da daxil olmaqla doqquz kubok qazanıb.