AZ

Sumqayıt ŞİH: Xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir

Son günlər bəzi informasiya resurslarında Sumqayıt şəhərində fəaliyyət göstərən xeyir-şər evlərinin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

Bu barədə Pravda.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətindən (ŞİH) bildirilib.

 

Qeyd olunub ki, bu istiqamətdə hər hansı tapşırıq Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən verilməyib.

 

“Şəhər ərazisində yerləşən xeyir-şər evlərində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz təsərrüfatı ilə bağlı texniki yenilənmə işləri aparılıb. Bu çərçivədə qaz sayğacları yenilənib, yeni müqavilələrin bağlanması prosesi həyata keçirilib. Aparılan işlərlə əlaqədar olaraq qaz təchizatında müvəqqəti fasilə yaranıb. Lakin hazırda hər hansı xeyir-şər evinin fəaliyyətinin dayandırılması ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə sakinlərin müraciəti daxil olmayıb. Belə müraciətlər daxil olarsa, məsələ aidiyyəti qurumlarla birgə araşdırılaraq aydınlıq gətiriləcək. Bir daha diqqətə çatdırırıq ki, yayılan məlumatlar əsassızdır”, - məlumatda vurğulanıb.

Tarix: 25 Mart 2026, 00:47   
Seçilən
44
pravda.az

1Mənbələr