AZ

Almaniya prezidentindən şok ittiham: ABŞ-İsrail siyasəti “fəlakətli səhvdir”

Almaniyanın prezidenti Frank-Walter Steinmeier ABŞ və İsrailin İrana qarşı siyasətinə sərt reaksiya verib.

Musavat.com xəbər verir ki, Ştaynmayer çıxışında bu yanaşmanı “siyasi baxımdan fəlakətli səhv” adlandırıb və Vaşinqtonun arqumentlərini inandırıcı hesab etmədiyini vurğulayıb.

Onun sözlərinə görə, ABŞ-yə qarşı yaxın hücum təhlükəsi ilə bağlı irəli sürülən əsaslandırmalar heç bir halda beynəlxalq ictimaiyyət üçün qənaətbəxş deyil və bu, ciddi suallar doğurur.

Almaniya lideri əlavə edib ki, ABŞ-nin güc siyasətinə olan etimad artıq yalnız müttəfiqlər arasında deyil, qlobal səviyyədə də zəifləyib. Bu vəziyyət beynəlxalq münasibətlər sistemində dərin etimad böhranı yaradır.

 

Musavat.com

Seçilən
34
musavat.com

1Mənbələr