AZ

PUA hücumu Küveytdə hava limanında yanğına səbəb olub

PUA

Bir neçə PUA-nın Küveyt Beynəlxalq Hava Limanına hücum etməsi nəticəsində yanacaq çəni alovlanıb.

Bu barədə ölkənin Mülki Aviasiya Baş İdarəsi məlumat verib.

"Dronlar Küveyt Beynəlxalq Hava Limanında yanacaq çəninə hücum edərək obyektdə yanğına səbəb olub", - məlumatda deyilir.

İlkin məlumatlara görə, maddi ziyan dəyib, amma insan tələfatı olmayıb.

Seçilən
10
3
xalqcebhesi.az

4Mənbələr