AZ

Avstraliya aviaşirkəti yanacağın qiymətinin artımı səbəbindən Yeni Zelandiyaya uçuşları azaldıb

Avstraliyanın aşağı büdcəli "Jetstar" aviaşirkəti Yaxın Şərqdəki münaqişənin səbəb olduğu təyyarə yanacağının qiymətlərinin kəskin artımı səbəbindən Yeni Zelandiyaya uçuşları azaldıb.

"Report"un məlumatına görə, bu barədə ABC yayım korporasiyası aviaşirkətin nümayəndəsinə istinadən xəbər yayıb.

Yayım korporasiyasının məlumatına görə, aviaşirkət artıq cədvəlindən təxminən 55 uçuşu çıxarıb ki, bu da müəyyən marşrutlar üzrə uçuşlarının təxminən 12 %-ni təşkil edir.

"Yaxın Şərqdəki münaqişənin nəticəsi olaraq təyyarə yanacağının qiymətlərinin artması, eləcə də digər xərclər səbəbindən müvəqqəti cədvəl dəyişiklikləri etdik", - "Jetstar"ın nümayəndəsi bildirib.

İxtisarlar həm Yeni Zelandiya daxilində daxili uçuşlara (Oklend - Kraystçerç, Oklend - Vellinqton), həm də Oklend ilə Sidney və Brisben arasındakı uçuşlar da daxil olmaqla beynəlxalq marşrutlara təsir göstərir.

Seçilən
27
1
far.az

2Mənbələr