AZ

İraq müharibəyə qoşuldu? Haşdi Şabi qüvvələrinə ABŞ-a qarşı savaş əmri verildi? - ŞOK

Yaxın Şərqdə gərginlik fonunda sosial mediada yayılan bəzi iddialar regionda vəziyyətin daha da ağırlaşdığı barədə təsəvvür formalaşdırır.

Musavat.com xəbər verir ki, son saatlarda yayılan paylaşımlarda İraqın guya rəsmi şəkildə İranın tərəfində ABŞ və İsrailə qarşı müharibəyə qoşulduğu iddia olunur.

Həmin məlumatlarda ideoloji olaraq İrana bağlı olan "Haşdi Şabi" qüvvələrinə ABŞ-la müharibə aparmaq üçün səlahiyyət verildiyi, İraq ordusunun Küveyt sərhədinə hərəkət etdiyi və hətta yeni işğal ssenarisinin gündəmə gəldiyi qeyd edilir. Eyni zamanda Ərbildə genişmiqyaslı hücumların baş verdiyi, Barzani ailəsinin yaşadığı ərazilərin kamikadze pilotsuz uçuş aparatları ilə vurulduğu iddiaları da irəli sürülür.

Lakin açıq mənbələrin və beynəlxalq xəbər agentliklərinin məlumatlarına əsasən, bu iddiaların böyük hissəsi hələlik rəsmi təsdiqini tapmayıb. İraq hökuməti tərəfindən ABŞ və İsrailə qarşı müharibəyə qoşulma ilə bağlı hər hansı rəsmi qərar açıqlanmayıb.

Ekspertlər bildirir ki, regionda İran-ABŞ-İsrail gərginliyi fonunda müxtəlif silahlı qrupların aktivliyi artsa da, bunu dövlət səviyyəsində genişmiqyaslı müharibə kimi təqdim etmək mümkün deyil. Bu cür məlumatların yayılması daha çox informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirilir.

Bununla yanaşı, Yaxın Şərqdə vəziyyətin həqiqətən də həssas olduğu, lokal toqquşmaların genişmiqyaslı qarşıdurmaya çevrilmə riskinin mövcudluğu istisna edilmir.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr