Konkret.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün planetlərin düzülüşü bəzi bürclərə sınaq gətirir. Hər şey bir qərardan asılı ola bilər.
KONKRET.az xəbər verir ki, kim risk etsə, o da qazanacaq.
Daha ətraflı bürc proqnozunu təqdim edirik:
Qoç
Səni əsəbiləşdirən biri olacaq. Reaksiya verməzdən əvvəl düşün, yoxsa peşmanlıq qaçılmazdır.
Buğa
Pul qazanmaq şansı var, amma riskli təkliflərə “yox” deməyi bacarmalısan.
Əkizlər
Gizli bir xəbər ala bilərsən. Bu məlumat sənin gələcək planlarını dəyişə bilər.
Xərçəng
Keçmişdən biri yenidən həyatına qayıdacaq. Bu dəfə fərqli davranmaq sənin əlindədir.
Şir
Uğur sənin tərəfindədir! Amma qürur bəzi imkanları əldən çıxara bilər.
Qız
Detallara çox ilişmə. Böyük mənzərəni görməsən, fürsəti qaçıra bilərsən.
Tərəzi
Sevgi həyatında seçim qarşısında qala bilərsən. Ürəyinlə ağlın mübarizə aparır.
Əqrəb
Sirr açılır! Gizli saxladığın və ya sənə gizlədilən bir məsələ üzə çıxacaq.
Oxatan
Yeni bir yol açılır. Qərar vermək üçün çox gözləmə – fürsət qaça bilər.
Oğlaq
İşdə gözlənilməz dəyişiklik olacaq. Bu, ilk baxışda çətin görünsə də, sonda sənin xeyrinə olacaq.
Dolça
Sosial şəbəkə və ya ictimai mühitdə diqqət çəkəcəksən. Sözlərinə diqqət et.
Balıq
Hisslərin bu gün çox güclüdür. Daxili səsin sənə doğru yolu göstərəcək.
Dəniz Pənahova
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.