AZ

İran ABŞ və İsrailin olmadığı regional təhlükəsizlik ittifaqının yaradılmasına çağırıb

ain.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

İran ABŞ və İsrailin iştirakı olmadan təhlükəsizliyi təmin etmək və hərbi əməkdaşlığı inkişafı üçün regional dövlətlər ittifaqı yaratmağa hazır olduğunu bildirib.

Moderator.az xəbər verir ki, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib.

"ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlər ittifaqı yaratmağın vaxtı çatıb", - Baş Qərargah vurğulayıb.

İran hərbçilərinin fikrincə, regiondakı ölkələr təhlükəsizliklərini təmin etmək üçün minlərlə kilometr uzaqlıqda yerləşən dövlətə heç vaxt ehtiyac duymayacaqlar.

Baş Qərargah həmçinin bildirib ki, regional ölkələr İsrailin təhlükəsizliyini və maraqlarını hər şeydən üstün tutan bir dövlətə ehtiyac duymurlar və dövlətlər özlərini sadəcə resurs mənbəyi kimi görürlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
34
3
moderator.az

4Mənbələr