AZ

Türkiyə ərazisi ilə 31 milyon barelə yaxın BTC nefti nəql EDİLDİ

ain.az, Redaktor.az saytına istinadən bildirir.

Bu ilin yanvar-fevral aylarında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 30,943 milyon barel neft nəql edilib.

Redaktor.az bu 6barədə "Report" Türkiyənin BOTAŞ şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2025-ci ilin iki ayı ilə müqayisədə 2,675 milyon barel və ya 7,9 % azdır.

Təkcə fevral ayında isə bu kəmər vasitəsilə 14,818 milyon barel neft nəql edilib ki, bu da 2025-ci ilin fevral ayı ilə müqayisədə 1,229 milyon barel və ya 7,6 % azdır.

Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri vasitəsilə 206,434 milyon barel neft nəql edilib.

Qeyd edək ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
4
redaktor.az

5Mənbələr