AZ

FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxıngünlər ərzində havanın yağıntılı keçəcəyi, ayrı-ayrı yerlərdəyağıntıların intensiv olacağı, bəzi dağ çaylarından qısamüddətlisel keçəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır. Həmçinin,mülayim qərb küləyinin güclənməsi və temperaturun yüksəlməsi iləəlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyəçağırıb.

Trend xəbərverir ki, bu barədə gözlənən hava şəraiti ilə əlaqədar FövqəladəHallar Nazirliyinin əhaliyə müraciətində deyilir.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel vədaşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaqdurmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyəqalxmaq tövsiyə olunur.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçünelektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə,mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrikxətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündürağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yerseçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələriqaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Həmçinin, bəzi yüksək dağlıq ərazilərdə yaranan qar uçqunutəhlükəsini nəzərə alaraq, qar uçqunu ehtimalı olan yerlərdən, ocümlədən dik yamaclardan kənar gəzmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Məqalədə:
Seçilən
3
47
az.trend.az

10Mənbələr