AZ

"Beşiktaş" və "Qalatasaray"ın keçmiş prezidentləri saxlanılıb

Türkiyənin "Beşiktaş" və "Qalatasaray" klublarının keçmiş prezidentləri Fikrət Orman və Burak Elmas narkotik vasitələrlə bağlı aparılan istintaqı çərçivəsində saxlanılıblar.

Herbiand.az xəbər verir ki, bu barədə türk KİV-ləri məlumat yayıb.

Məlumata görə, İstanbul Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan istintaq çərçivəsində 16 nəfər polis tərəfindən saxlanılıb. Onlar İstanbul Prokurorluğu tərəfindən həyata keçirilən istintaq çərçivəsində şəhərin Polis İdarəsinin Narkotik Cinayətləri Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq idarəyə aparılıblar.

Bunlar “Beşiktaş” futbol klubunun sabiq prezidenti Fikrət Orman, “Qalatasaray” futbol klubunun sabiq prezidenti Burak Elmas, Güzide Duran, Hakan Sabancı, Kerim Sabancı, Hande Erçel, Sezgin Köysüren, Ferhat Aydın, Lütfiye Tuğçe Özbudak, Koray Serenli, Onur Bükçü, İsmail Behram Perinçekli, Kaan Mellart, Didem Soydan, Onur Talay və Mustafa Tarivədir.

Seçilən
8
12
herbiand.az

10Mənbələr