AZ

İlon Mask çip istehsalı zavodu tikəcək

Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Amerikalı milyarder İlon Mask ABŞ ərazisində "Terafab" adlı çip istehsalı zavodunun layihəsini təqdim edib.

Reyting.az "Bloomberg" agentliyinə istinadla xəbər verir ki, zavod Texas ştatında inşa olunacaq. Mask deyib ki, yeni çip zavodunu "Tesla" ilə "SpaceX" şirkətləri idarə edəcək.

Qeyd olunur ki, tikiləcək "Terafab" zavodu Çin mallarının qıtlığının yerini doldurmaq üçün robototexnika, süni intellek, həmçinin kosmik məlumat mərkəzlərində istifadəsi nəzərdə tutulan ən müasir çiplər istehsalını planlaşdırır.

Bu müəssisənin layihəsi "Tesla", "SpaceX", eyni zamanda, "xAI" şirkətlərinin gələcək hesablama gücü ehtiyaclarını tam qarşılamağa yönəlib.

Oqtay QORÇU

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
reyting.az

1Mənbələr