AZ

“Lockheed Martin” yeni GRIZZLY buraxılış qurğusunun bir sıra sınaqlarını tamamlayıb

ABŞ-ın “Lockheed Martin” şirkəti yeni konteyner tipli GRIZZLY buraxılış qurğusundan AGM-114 “Hellfire” raketinin həm ilk praktiki atışını, həm də şaquli buraxılış sınağını uğurla tamamlayıb.

“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, sınaqlar zamanı qurğu 10 futluq “Tricon” konteynerindən raketi yükləyib buraxmaq qabiliyyətini nümayiş etdirib.

Sınaqlar GRIZZLY-nin buraxılış qabiliyyətini təsdiqləyərək bütün tələblərin yerinə yetirildiyini göstərib. “Lockheed Martin” komandası sistemin inkişafını təkmilləşdirmək üçün ABŞ hökuməti ilə əməkdaşlığı davam etdirəcək.

Hazırda ABŞ Ordusunun istifadəsində olan M299 buraxılış sistemi kimi sübut olunmuş silah və buraxılış arxitekturaları əsasında cəmi altı ay ərzində hazırlanmış GRIZZLY, istifadəçiyə aşağı xərcli, yüksək mobillikli və effektiv zərbə bacarıqları təqdim edir. Bu isə ənənəvi artilleriya, dəqiq hava hücumundan müdafiə və raket sistemlərini tamamlayaraq həm çevikliyi, həm də öldürücülüyü artıran xüsusi asimmetrik imkan yaradır.

Qurğuda kommersiya məqsədli hazır komponentlərdən istifadə olunması logistika yükünü və satınalma xərclərini azaldır. Sübut olunmuş texnologiyaların tətbiqi həm də əldəetmə müddətini qısaldır. Asanlıqla daşına bilən bu buraxılış sistemi komanda-idarəetmə və sensorlardan asılı deyil, yəni müxtəlif missiya və xidmətlər üçün çevik şəkildə istifadə oluna bilər.

Seçilən
71
47
poliqon.az

10Mənbələr