AZ

Avstraliya aviaşirkəti Yeni Zelandiyaya uçuşları azaltdı

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Avstraliyanın aşağı büdcəli "Jetstar" aviaşirkəti Yaxın Şərqdəki münaqişənin səbəb olduğu təyyarə yanacağının qiymətlərinin kəskin artımı səbəbindən Yeni Zelandiyaya uçuşları azaldıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ABC yayım korporasiyası aviaşirkətin nümayəndəsinə istinadən xəbər yayıb.

Yayım korporasiyasının məlumatına görə, aviaşirkət artıq cədvəlindən təxminən 55 uçuşu çıxarıb ki, bu da müəyyən marşrutlar üzrə uçuşlarının təxminən 12 %-ni təşkil edir.

"Yaxın Şərqdəki münaqişənin nəticəsi olaraq təyyarə yanacağının qiymətlərinin artması, eləcə də digər xərclər səbəbindən müvəqqəti cədvəl dəyişiklikləri etdik", - "Jetstar"ın nümayəndəsi bildirib.

İxtisarlar həm Yeni Zelandiya daxilində daxili uçuşlara (Oklend - Kraystçerç, Oklend - Vellinqton), həm də Oklend ilə Sidney və Brisben arasındakı uçuşlar da daxil olmaqla beynəlxalq marşrutlara təsir göstərir./report

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
1
avtosfer.az

2Mənbələr