ABŞ-də benzin qiymətləri kəskin sürətdə bahalaşıb.
Kaliforniya ABŞ-də benzin qiymətlərinin ən intensiv yüksəldiyi ştat hesab edilir. Burada benzinin hazırki qiyməti 5,82 dollardır və bu da bir ay əvvəlkindən 1,19 dollar çoxdur.
Hazırda Birləşmiş Ştatlarda benzinin orta qiymətinin 4 dollardan çox olduğu 11 ştat var:
Kaliforniya (5.82 dollar);
Vaşinqton (5.29 dollar);
Havay (5.28 dollar);
Oreqon (4.87 dollar);
Nevada (4.81 dollar);
Arizona (4.61 dollar);
Alyaska (4.54 dollar);
İllinoys (4.21 dollar);
Aydaho (4.17 dollar);
Yuta (4.02 dollar);
Miçiqan ($4);
Son bir ayda qiymətlərin kəskin şəkildə artmasına İranın Hörmüz boğazını blokadaya alması nəticəsində neft qiymətlərinin artması səbəb olub.\\“Yeni Sabah”