Beyləqan rayonunda bədbəxt hadisə nəticəsində 65 yaşlı kişi həyatını itirib.
Milli.Az xəbər verir ki, hadisə rayonun Xaçınabad kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayıl İsmayılov elektrik xəttində təmir işi apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az