AZ

Daşkənddə dövlət səviyyəsində Novruz şənliyi keçirilib

Daşkənddəki “Yeni Özbəkistan” parkında təntənəli Novruz şənliyi keçirilib.  

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin də iştirak etdiyi şənlikdə hökumətin və Senatın üzvləri, Ali Məclisin deputatları, dövlət və ictimai təşkilatların nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, həmçinin paytaxtdakı Azərbaycan diaspotunun üzvləri də qatılıblar.

Şavkat Mirziyoyev Novruz və Ramazan bayramları münasibəti ilə iştirakçıları təbrik edərək deyib ki, bu il Novruz və müqəddəs Ramazan bayramları eyni günlərdə qeyd olunur. Dövlət başçısı təbiətin oyanmaşını və mənəvi təmizlənməni simvolizə edən bu işıqlı günlərin ölkədə yaşayan xalqlar üçün mehribanlıq, birlik və firavanlıq bayramı olduğunu qeyd edib. 

Bayram tədbiri Özbəkistan böyük konsert proqramı ilə başa çatıb. 

 

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd 

 

Seçilən
14
1
xalqqazeti.az

2Mənbələr