AZ

“Salah” “Liverpul”dan gedir – RƏSMİ

“Liverpul” Muhammed Salahın klubu tərk edəcəyi ilə bağlı açıqlama yayıb.

Msport.az xəbər verir ki, Merssisayd klubu misirli futbolçuya gələcək karyerasında uğurlar arzu edib:

“Muhammed Salah “Liverpul”dakı möhtəşəm karyerasını 2025-2026-cı illər mövsümünün sonunda başa vuracaq. Hücumçu “qırmızılar”la razılığa gəlib. Salah öz gələcəyi ilə bağlı şəffaflığı təmin etmək, azarkeşlərə hörmət və minnətdarlıq üçün bunu ən qısa zamanda bildirmək istədiyini qeyd etdi.

2017-ci ilin yayında “Roma”dan alınan “11 nömrə” adını “Liverpul” tarixinin ən möhtəşəm oyunçuları sırasına yazdıra bildi. O, kluba iki dəfə Premyer Liqanı, Çempionlar Liqasını, klublararası dünya çempionatını, UEFA Superkubokunu, İngiltərə kubokunu, iki dəfə Liqa kubokunu və İngiltərə Superkubokunu qazanmağa kömək etdi.

Misirli futbolçu 435 oyunda 255 qol vuraraq “Liverpul” tarixinin ən yaxşı bombardirləri siyahısında 3-cü yeri tutur.

Qarşıda hələ çox oyunlar var və Salah bu mövsüm “Liverpul”un yaxşı nəticə göstərməsi üçün əlindən gələni edəcək.

Seçilən
54
msport.az

1Mənbələr