AZ

ABŞ İrana 15 maddəlik tələblər siyahısı təqdim edib


ABŞ İrana Yaxın Şərqdə müharibəyə son qoymaq və regionda gərginliyi azaltmaq məqsədi daşıyan 15 maddəlik tələblər siyahısı təqdim edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi danışıqlardan xəbərdar olan mənbəyə istinadla məlumat yayıb.
Bildirilir ki, birinci tələblər qrupu İranın nüvə proqramı ilə bağlıdır. Vaşinqton Tehranın nüvə silahı proqramından hüquqi cəhətdən məcburi şəkildə imtina etməsini, uranın zənginləşdirilməsini mülki səviyyəyə endirməsini, mövcud ehtiyatlarını azaltmasını, bəzi qabaqcıl sentrifuqaları sökməsini və beynəlxalq müşahidəçilər tərəfindən yoxlamaları genişləndirməsini tələb edir.
İkinci qrup raket proqramı ilə bağlıdır. Bu proqram ballistik raketlərin mənzilinin məhdudlaşdırılmasını və yeni sistemlərin, xüsusən də nüvə başlığı daşıya bilən sistemlərin hazırlanmasından çəkinməyi tələb edir.
Digər maddələrdə isə İrandan HƏMAS və Hizbullah da daxil olmaqla müttəfiq silahlı qrupları dəstəkləməyi dayandırmaq, Suriya, İraq və Yəməndəki hərbi mövcudluğu azaltmaq və ya tamamilə geri çəkmək və İsrailə birbaşa və ya dolayı vasitələrlə hücum etməkdən çəkinmək tələb olunur.
Digər bir tələb beynəlxalq ticarətin təhlükəsizliyi ilə bağlıdır. ABŞ Hörmüz boğazında naviqasiya azadlığına zəmanət verilməsini və regional ölkələrin neft infrastrukturuna hücumlara son qoyulmasını tələb edir.
Bundan əlavə, plan danışıqlar üçün zəmin hazırlamaq məqsədilə bir-iki ay müddətinə müvəqqəti atəşkəsin yaradılması da daxil olmaqla, dərhal gərginliyi azaltmaq tədbirlərini nəzərdə tutur.
Seçilən
16
2
yeniavaz.com

3Mənbələr