AZ

Azərbaycanlı biznesmenin 960 milyonluq əmlakı əlindən alındı

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Tuapse şəhərində məhkəmə azərbaycanlı iş adamı Şahlar Novruzova məxsus ümumi dəyəri 960 milyon rubldan artıq olan aktivlərin dövlətin gəlirinə keçirilməsi barədə qərar verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, dövlət xəzinəsinə “Sipayn Resort” şirkəti də daxil olmaqla, eyniadlı kurortun tikintisini həyata keçirən müəssisə, eləcə də biznesmenin şəxsi əmlakı mənzil, ev və avtomobillər keçib.

İş adamının şəxsi əmlakı təxminən 300 milyon rubl dəyərində qiymətləndirilib.

Aktivlərin müsadirəsi kurortun tikintisi zamanı ətraf mühitə vurulan ziyanın kompensasiyası məqsədilə prokurorluğun təşəbbüsü ilə həyata keçirilib. Nəzarət orqanının məlumatına görə, ekoloji zərərin məbləği 1 milyard rubl təşkil edir.

İş materiallarında qeyd olunur ki, Şahlar Novruzov formal olaraq “Sipayn Resort” MMC-nin sahibi deyil. Lakin hüquq-mühafizə və nəzarət orqanlarına məlumdur ki, kurortun tikintisi onun birbaşa rəhbərliyi ilə həyata keçirilib. Bu hal biznesmenin nəzarətində olan aktivlərə yönəlik müsadirə qərarının verilməsinə əsas olub.

“Sipayn Resort” kurortu Tuapse rayonunun dənizkənarı Sosnovıy qəsəbəsində yerləşir. Layihənin tikintisi dəfələrlə təbiəti mühafizə prokurorluğu və Rosprirodnadzor tərəfindən yoxlanılıb. Aparılan yoxlamalar zamanı bir sıra ciddi qanun pozuntuları aşkar edilib: su mühafizə zonasında qanunsuz tikinti, təmizlənməmiş tullantı sularının axıdılması və yaşıllıqların məhv edilməsi kimi hallar müəyyən olunub.

Məhkəmənin aktivlərin müsadirəsi barədə qərarı son illərdə regionda ekoloji ziyanın ödənilməsi ilə bağlı ən iri işlərdən biri hesab olunur. Qeyd olunur ki, müsadirə edilmiş əmlak Rusiya büdcəsinə yönəldiləcək və sonradan tikinti aparılan ərazidə ətraf mühitin bərpası xərclərinin qarşılanmasına sərf ediləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
9
lent.az

10Mənbələr