ain.az bildirir, Bakupost saytına əsaslanaraq.
Bakupost.az “Əl-Arabiya” agentliyinə istinadən xəbər verir ki, Küveyt Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, qonşu ölkələrdən birində yerləşən nüvə obyektlərində qəza ehtimalına dair məlumatlar əldə olunub. Bu səbəbdən ölkədə fövqəladə təhlükəsizlik protokolları tətbiq edilir.
Nazirlik nümayəndələri videomüraciətində vətəndaşları panikaya düşməməyə çağırıb və xüsusi göstəriş verilənədək açıq havaya çıxmamağı tövsiyə edib. Hərbçilər əlavə ediblər ki, təhlükə siqnalı veriləcəyi halda insanlar yaşadıqları və işlədikləri məkanlarda pəncərə və qapıları hermetik şəkildə bağlamalıdır.
Məlumata görə, Buşehr Atom Elektrik Stansiyası (AES) Küveytə ən yaxındır. İran ərazisində yerləşən AES Küveytdən cəmi bir neçə yüz kilometr məsafədədir.
Xatırladaq ki, martın 17-də bəzi KİV-lər stansiyanın yaxınlığına – təxminən 200 metr məsafəyə raket zərbəsi endirildiyini yazmışdı. Rəsmi Tehran isə hər hansı nüvə sızması ilə bağlı məlumatı təsdiqləməyib.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.