AZ

İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı əməliyyatların görüntüsünü yayıb

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasoulasa təbrik məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, məktubda deyilir:

"Yunanıstan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Yunanıstan xalqına əmin-amanlıq və rifah arzulayıram".

Seçilən
37
turkic.world

1Mənbələr