AZ

Lukaşenko Kim Çen Inın görüşünə getdi

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Koreya Xalq Demokratik Respublikasına rəsmi səfəri başlayıb.

Publika.az “Belta” agentliyinə istinadən xəbər verir ki, səfər 25 və 26 mart tarixlərində Şimali Koreyanın Dövlət İşləri üzrə sədri Kim Çen Inın dəvəti ilə baş tutur. Səfərin əsas tədbiri iki lider arasında danışıqlar olacaq. Plana əsasən, Belarus və KXDR arasında münasibətlərin inkişaf etdirilməsi üçün bütün sahələr müzakirə olunacaq, qarşılıqlı maraq doğuran əsas sahələr müəyyən ediləcək və həyata keçirilmək üçün ən perspektivli layihələr müəyyən ediləcək.

Səfərin məqsədi münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi və ikitərəfli əməkdaşlığın intensivləşdirilməsini təşviq etməkdir.

Lukaşenko və Kim Çen In əvvəllər 2025-ci ilin sentyabr ayında Pekində görüşüblər. Həmin vaxt Şimali Koreya lideri Belarus prezidentini istənilən vaxt ölkəsinə səfər etməyə dəvət etmişdi.

Seçilən
28
37
publika.az

10Mənbələr