AZ

Bəzi yerlərdə yağış yağır - Faktiki hava

Martın 25-i saat 11:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin səhər saatlarından bəzi yerlərdə yağış yağır.

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Naxçıvan, Şahbuz, Culfa, Şəki, Naftalan, Goranboy, Mingəçevir, Ağdam, Tərtər, Yevlax, Yardımlı, Lerikdə 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadası, Gəncə, Naftalan, Xaltan, Lerik, Astarada duman müşahidə olunur, görünüş 200-500 metrədək məhdudlaşır.

Seçilən
0
24
aznews.az

10Mənbələr