Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb. Görüş zamanı tərəflər regiondakı mövcud vəziyyət və ikitərəfli münasibətləri müzakirə ediblər.
NOCOMMENT.az xəbər verir ki, Fransa lideri bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. “Mən İranı gərginliyin azaldılmasına yol açmaq üçün danışıqlara vicdanla başlamağa çağırdım. Beynəlxalq birliyin İranın nüvə və raket proqramları, eləcə də regiondakı sabitliyi pozan fəaliyyəti ilə bağlı gözləntilərini qarşılaya biləcək çərçivənin yaradılmasının vacibliyini vurğuladım”, – deyə Makron qeyd edib.
Bundan əlavə, Makron İran rəhbərliyini Fransanın bu ölkədə saxlanılan vətəndaşları Sesil Koler və Jak Parisin geri qaytarılmasına kömək göstərməyə çağırıb.

Sara,
NOCOMMENT.az