AZ

“Səndə o ürək var ki, nəyisə bölüşəsən?!” Səidədən Zaura

Olay.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müğənni Səidə Sultan Əməkdar artist Zaur Əmiraslanovla bağlı sərt açıqlamalar verib.

OLAY yazır ki, bununla bağlı Səidə instaqramda video paylaşıb. O, Zaurun “Bakı payızı” müsabiqəsi ilə bağlı açıqlamasının yalan olduğunu bildirib:

“Buradan Zaur Əmiraslanova səslənirəm, qarşıma video çıxıb. Demisən ki, “Bakı payızı” müsabiqəsində birinci yeri sən tutmusan, onu da bölüşmüsən. Səndə o ürək var ki, nəyisə bölüşəsən?! Demisən ki, Səidə də üçüncü yeri qazanıb. Deyəsən, qocalmısan, yaddaşın gedib. Bizim hələ əlimiz-ayağımız tutur, biz köhnə tarixdə deyilik, yaxın keçmişi yaşayırıq. Yadından çıxıbsa, “Bakı payızı”nın təşkilatçısı Yalçın sağdır, get, soruş, necə oldu… Orada talantlı insanlar çox idi, birinci yer sənlə Tünzaləyə verildi. İkinci yerin sahibi mən və mənlə bərabər Diana Əliyeva oldu. Özünü qocalığa qoyma, hər şey yaxşı yadındadır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
olay.az

1Mənbələr