AZ

Ağ Evə zəngin sirr açılır- İki nüvə dövləti...

Çin və Hindistan Yaxın Şərqdəki savaşı durdurmasa...-politoloqun şərhi

Çin və Hindistan da Yaxın Şərqdəki gərginliyi yaxından izləyir. Məlumdur ki, hər iki ölkənin bölgədə geniş iqtisadi, enerji və nəqliyyat maraqları mövcuddur. 

Təsadüfi deyil ki, Hindistan baş naziri Narendra Modi martın 24-də ABŞ prezidenti Donald Trampla telefon danışığı apararaq bölgədəki vəziyyəti müzakirə edib. Pekin isə “Bir Kəmər, Bir Yol” təşəbbüsü və enerji layihələri vasitəsilə bölgədə öz mövqeyini gücləndirməyə çalışır. ABŞ və İsrailin İranla müharibəyə yönəlmiş hərbi kampaniyası isə Çin üçün onilliklərlə qurulmuş geoiqtisadi balansı sarsıda və Yaxın Şərqin strateji gələcəyini sual altına qoya bilər.

ABŞ və İsrailin İran qarşı hərbi kampaniyası Çin və Hindistanın regional strategiyasına necə təsir edə bilər?

Picture"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Musavat.com-a bildirib ki, Çin və Hindistan Yaxın Şərqdə yaranan gərgin vəziyyətdən narahatdırlar: " Hər iki dövlətin bölgədə iqtisadi, enerji və nəqliyyat layihələri mövcuddur. Aydındır ki, Tramp gələcək planları barədə telefonla danışdığı liderlərə məlumat verməyəcək. Ancaq Trampla mütəmadi telefon danışıqları müxtəlif ölkələrin liderlərinə ona görə lazımdır ki, ABŞ prezidenti müharibənin davam etdirilməsinin beynəlxalq aləm üçün mənfi nəticələrini anlasın. Çin ABŞ-dan fərqli olaraq müxtəlif bölgələrdə mövqeyini iqtisadi layihələr və yatırımlar vasitəsilə gücləndirməyə çalışıb. Ancaq ABŞ və İsrailin İrana qarşı başlatdığı hərbi kampaniya Pekinin on illər ərzində diqqətlə qurduğu tarazlığı pozmaq təhlükəsi yaradıb. Yaxın Şərqin gələcəyi sual altındadır. Halbuki Yaxın Şərq bölgəsi Çinin qlobal strategiyasının tərkib hissəsidir. Enerji təhlükəsizliyi Çinin regiondakı mövcudluğunun əsas hərəkətverici qüvvəsidir. Dünyanın ən böyük xam neft idxalçısı olan Çin Fars körfəzindən, enerji təchizatından çox asılıdır. Səudiyyə Ərəbistanı, İran və İraq kimi ölkələr Çin iqtisadiyyatını dəstəkləyən əsas təchizatçılar arasındadır və bu da regional sabitliyi Pekinin uzunmüddətli enerji ehtiyacları üçün vacib edir. Eyni zamanda, Yaxın Şərq Asiyanı Avropa və Afrika ilə birləşdirən geniş infrastruktur və ticarət yolları şəbəkəsi qurmağa çalışan Pekinin "Bir Kəmər, Bir Yol" təşəbbüsündə mərkəzi yer tutur. Çin limanlara, enerji obyektlərinə və logistika dəhlizlərinə investisiyalar qoymaqla regionu daha geniş Avrasiya iqtisadi şəbəkəsinə inteqrasiya etməyi hədəfləyir”.

Picture
Ekspert deyib ki, Pekin həmçinin son illərdə Yaxın Şərqdəki diplomatik rolunu gücləndirməyə çalışıb: “Buna Çinin vasitəçiliyi ilə 2023-cü ildə Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpasını misal göstərmək olar. Bu təşəbbüs Çinin ABŞ-ın dominantlıq etdiyi bir bölgədə etibarlı diplomatik aktyor və potensial olaraq alternativ vasitəçi kimi təqdim etmək ambisiyasını göstərib. Çin üçün İran Yaxın Şərqdəki ən vacib geosiyasi qovşaqlardan birini təmsil edir. İkitərəfli iqtisadi əlaqələrdən başqa, iki ölkə arasındakı münasibətlər Pekinin həyata keçirdiyi daha geniş geoiqtisadi və strateji məqsədlərlə bağlıdır".

Ekspert onu da qeyd etdi ki, enerji baxımından İran Çinin mühüm neft tədarükçüsü olaraq qalır: "Son illərdə Tehrana tətbiq edilən beynəlxalq sanksiyalara baxmayaraq, iki ölkə arasında enerji əməliyyatları, çox vaxt dolayı ticarət mexanizmləri vasitəsilə davam edib. İranın coğrafi mövqeyi ona əhəmiyyətli strateji dəyər verir. Ölkə Orta Asiyanı, Fars körfəzini və Aralıq dənizinə aparan dəniz yollarını birləşdirən əsas ticarət dəhlizlərinin kəsişməsində yerləşir. Bu, İranı Çinin "Bir kəmər, Bir yol" Təşəbbüsü vasitəsilə təşviq etdiyi nəqliyyat şəbəkələri daxilində potensial olaraq vacib bir mərkəzə çevirir. Eyni zamanda, İran-Çin tərəfdaşlığı Pekinin Yaxın Şərqdəki varlığını iqtisadi və siyasi əməkdaşlıq vasitəsilə gücləndirmək üzrə uzunmüddətli strategiyasına uyğun gəlir. Buna görə də ABŞ və İsrailin İrana qarşı müharibəni davam etdirmələri Pekinin qlobal strategiyası üçün ciddi çətinliklər yaradıb. Fars körfəzindəki qeyri-sabitlik Çinin Yaxın Şərqlə enerji və ticarət əlaqələrinə əhəmiyyətli dərəcədə təsir göstərib. Digər tərəfdən Çin münaqişənin həllinin kənarında qalıb. İranla sıx iqtisadi əlaqələrinə baxmayaraq, Pekin özünü gərginliyin azaldılması üçün diplomatik çağırışlarla məhdudlaşdırıb. Çinin imicinə İrana satdığı hərbi texnikanın müharibə zamanı dağıdılması da təsir edib. ABŞ və İsrail Çinin İrana satdığı hava müdafiə sistemlərini məhv edib. Bu müdafiə sistemləri Venesuela səmasını da ABŞ təyyarələrinin və helikopterlərinin hücumlarından qoruya bilmədi".

Cavanşir ABBASLI 
Musavat.com

Seçilən
30
musavat.com

1Mənbələr