ain.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
İstanbulda aparılan futbolda qumar işi çərçivəsində həbsdə olan futbolçu Metehan Baltacı üçün azadlıq qərarı verilib. Futbolçu ilk dəfə hakim qarşısına çıxaraq özünü müdafiə edib.
Bakupost.az Türkiyə mediasına istinadən bildirir ki, Baltacı məhkəmədəki çıxışında günhalndırıldığı dövrdə 19 yaş altı komandada iştirak çıxış edib və əsas heyətlə heç bir əlaqəsi olmayıb. O, iştirak etdiyi qumar oyunlarından hər hansı maliyyə qazancı əldə etmədiyini və qanunsuz hərəkət etmədiyini qeyd edib. Futbolçu həmçinin vurğulayıb ki, 2023-2024 mövsümündə “Qalatasaray”ın əsas heyətində yer alıb və bu müddətdə heç bir mərc oynamayıb.
Baltacı əlavə edib ki, dolandırıcılıq ittihamını qəbul etmir, mərc oynamanın qanunsuz olduğunu bilmədiyini və heç kəsi aldatmadığını vurğulayıb. O, həmçinin qeyd edib ki, uzun illər futbol sahəsində çalışıb və baş verən hadisədən dolayı çox təəssüfləndiyini vurğulayıb.
İstanbul məhkəməsi futbolçunun azad edilməsinə qərar verib. Futbolçuya mənəvi dəstək olaraq klub rəhbərliyi və baş məşqçi də məhkəmədə iştirak edib.
Xatırladaq ki, İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanmış ittihamnamədə Baltacı “fırıldaqçılıq, hiylə və təşviq qazancı” maddələri ilə 4-13 il həbs cəzası ilə üzləşə bilərdi.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.